“Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupuna yeni üzv olmaq istəyən gənclər üçün qeydiyyat prosesinə start verilib.  

Foodinfo.az xəbər verir ki, qida təhlükəsizliyi və ya bu sahəyə yaxın digər istiqamətlər üzrə təhsilə malik, yaşı 16-29 arası olan şəxslər könüllülük fəaliyyəti üçün müraciət edə bilərlər. 

Təşəbbüs qrupunda yeni fəaliyyətə başlayacaq könüllülər müxtəlif təlim və infoturlara, həmçinin istehlakçılar arasında maarifləndirmə işlərinin və sorğuların aparılmasına cəlb olunacaqlar. Eləcə də onlar ali, orta-ixtisas və peşə təhsili müəssisələri ilə qurulan sıx əməkdaşlıq çərçivəsində həyata keçirilən işlərdə iştirak edəcəklər. Könüllülər barədə məlumatlar müvafiq bazaya əlavə olunacaq və onlara müvafiq sertifikatlar təqdim ediləcək. 

Qeyd edək ki, “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun əsas məqsədi ölkəmizdə qida təhlükəsizliyi və gənclər siyasəti üzrə həyata keçirilən fəaliyyətlərə ictimai dəstəyin göstərilməsindən, eyni zamanda gənclərin müvafiq sahələrə töhfə verməsinə şərait yaratmaqdan ibarətdir.

“Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupuna yeni üzv olmaq istəyən gənclər bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.