Bütün qidalar səhər yeməyi üçün uyğun deyil. Foodinfo.az xəbər verir ki, bu barədə ABN24 yazır. Ohayo ştatının (ABŞ) Klivlend Klinikasının alimləri tərəfindən aparılan araşdırma göstərdiyi kimi, “ponçik”lər və kolbasa ilə sendviçlər səhər yeməyi üçün uyğun deyil. 
Mütəxəssislər deyirlər ki, bunlar qanda şəkərin səviyyəsinin yüksəlməsinə səbəb olan ən pis və ən təhlükəli qidalardır. Bundan əlavə, bunlar belə səhər yeməyi sevənlərdə insulini artırır. Bu da mədəaltı vəziyə təsir edir, çəki artımına və ürək-damar sistemində problemlərə gətirib çıxarır.
Alimlər onu da qeyd edirlər ki, kolbasa ilə çörəkdə çoxlu miqdarda yağ, duz, nitrit və nitrat var. Buterbrodların müntəzəm istehlakı xərçəngə tutulma riskini artırır.