Artişok qaraciyər sağlamlığı üçün faydalı olan təbii bir qidadır. Foodinfo.az xəbər verir ki, tərkibindəki sinarin və silimarin kimi bioaktiv maddələr qaraciyəri toksinlərdən təmizləməyə, onun funksiyalarını yaxşılaşdırmağa kömək edir. 

Bu maddələr qaraciyərdəki öd istehsalını stimullaşdıraraq həzm prosesini asanlaşdırır və yağların parçalanmasını sürətləndirir. 

Artişok həmçinin antioksidantlarla zəngindir və qaraciyəri sərbəst radikalların zərərindən qoruyur. 

Xolesterin səviyyəsini tənzimləməklə qaraciyərin yağlanmasının qarşısını alır. Onun iltihab əleyhinə xüsusiyyətləri qaraciyər xəstəliklərinin riskini azaldır. 

Qaraciyərinizi qorumaq üçün artişoku bişmiş, buxarda və ya salatlarda istifadə edə bilərsiniz. Daimi istehlakı qaraciyərin təmiz qalmasına və sağlam işləməsinə dəstək olur.