Stressin orqanizmə mənfi təsiri pandemiya zamanı xüsusilə özünü büruzə verib. Foodinfo.az xəbər verir ki, Life.ru tibb elmləri namizədi Yeganə Mərufididən ağız boşluğunun bu mühüm orqanına necə kömək etməyi öyrənib.
Emosional tarazlığın pozulması nəticəsində ağızda patogen mikroflora sürətlə çoxalır və daha aqressivləşir. Tüpürcək ifrazı azalır, tüpürcəyin tərkibi dəyişə bilər, turşuluğu artır. Bu, lövhə və kariyesin əmələ gəlməsini sürətləndirir. Bundan əlavə, şəkərin səviyyəsi artır, bu da dişləri və diş ətlərini qidalandıran qan damarları üçün təhlükəlidir. Qan axını azalır, toxumalar qida çatışmazlığından əziyyət çəkməyə başlayır və oksigen aclığı baş verir. Bütün bu proseslər bədənə mənfi təsir göstərir.