Həkim Aleksandr Myasnikov qəhvənin hipertoniyaya, aritmiyaya səbəb olduğu və ürəyə zərər verdiyi iddialarını əsassız hesab edir. Foodinfo.az xəbər verir ki,  bu barədə o, “Rossiya 1” kanalında “Doktor Myasnikov” verilişinin efirində bildirib.

Onun sözlərinə görə, qəhvə qaraciyər xərçənginin qarşısını alır, infarktların sayını azaldır və qan təzyiqinə faktiki olaraq heç bir təsir göstərmir. Bundan əlavə, qəhvə atriyal fibrilasiyanın inkişafına səbəb olmur. Bu, elmi faktlarla təsdiqlənir.