Qurudulmuş meyvələr vitamin və mineralların əla mənbəyidir, ancaq düzgün hazırlandıqda faydalı ola bilər. Foodinfo.az NEWS.ru- ya istinadən xəbər verir ki, alarkən, qurudulmuş meyvələrin görünüşünə diqqət yetirin. Təbii bir rəng olmalı, çox parlaq olmamalıdır. Həmçinin qurudulmuş meyvələrin heç bir kif və ya zədələnmə əlamətləri görünməməlidir. İstifadədən əvvəl qurudulmuş meyvələri axan suyun altında yuyun. Bu, toz, kir və hər hansı kimyəvi maddələri təmizləməyə kömək edəcək. Qurudulmuş meyvə sərt görünürsə, onu 10-15 dəqiqə isti suda isladın. Bu, onları daha yumşaq və şirəli edəcək.