Emal olunmuş və hazır qidalar infarkt, insult və Parkinson xəstəliyi riskini artırır. Foodinfo.az xəbər verir ki, bu barədə “The Lancet Regional Health – Europe” jurnalında dərc olunan məqalədə bildirilir.
Alimlər hesab edir ki, çoxlu miqdarda ultra emal olunmuş qidaların qəbulu vaxtından əvvəl ölmə riskini 4% artırır.
Hazır qida, “fast food”, tortlar, peçenye və kolbasa kimi qidalar qan şəkərinin səviyyəsini artırır, toxluğun effektiv şəkildə əldə olunmasının qarşısını alır.
Həmçinin dadlandırıcılar, qatılaşdırıcılar və emulqatorlar infarkt və insult riskini artıra bilən bağırsaq iltihabı, hormonal reaksiyalara səbəb ola bilər.