Həftədə 5 porsiya qara şokolad yemək 2-ci tip diabetin inkişaf riskini əhəmiyyətli dərəcədə azaldır. Foodinfo.az xəbər verir ki, bu barədə BMJ jurnalında dərc olunan yeni araşdırmada deyilir. Tədiqaqtçılarr ki, deyib ki, amma bu fayda südlü şokolada aid deyil.
Tədqiqatçılar 30 il ərzində yemək vərdişləri, sağlamlıq vəziyyəti və bədən çəkisi barədə məlumat verən 192 mindən çox sağlam yetkinin məlumatlarını təhlil ediblər. Tədqiqata görə, həftədə ən azı 5 porsiya hər hansı bir şokolad yeyən insanların 2-ci tip diabetə tutulma ehtimalı 10% daha azdır.
Tək başına qara şokolad daha böyük təsir göstərərək riski 21% azaldıb. Südlü şokolad isə heç bir real fayda verməyib, yalnız uzunmüddətli çəki artımı ilə nəticələnir.
Tədqiqatın müəllifləri iddia edirlər ki, qara şokoladda yüksək səviyyəli flavonollar doymuş yağ və şəkərin çəki artımı və digər kardiometabolik xəstəliklərə təsirini kompensasiya edə bilər.