Bəzi qida əlavələri qəbizliyi aradan qaldıra bilir. Foodinfo.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə diyetoloq Sandra Moqnino danışıb.

Onun sözlərinə görə, bir çox insanlar, xüsusən də 60 yaşdan yuxarı insanlar qəbizlikdən əziyyət çəkir. Səhər acqarına bir xörək qaşığı kokos yağı bu problemdən xilas edə bilər. Kokos yağını qəhvəyə də əlavə etmək olar. Bu yağ həzmə kömək etməklə yanaşı, həm də insana enerji verir.

Moqnino qeyd edib ki, bu məhsulla ağzınızı yaxaladıqda xoşagəlməz qoxu aradan qalxır. Bundan əlavə, saçlarınızın nəmləndirilməsi və parlaq olması üçün uclarına yağ sürtmək kifayətdir.