Böyük Britaniyanın Exeter şəhərinin sakini fast food reseptlərini dəyişərək bir il ərzində 36 kiloqram arıqlayıb. Foodinfo.az xəbər verir ki, bu barədə Devon Live yazır.
Latoya Edgertonun sözlərinə görə, o, uşaqlıqdan artıq çəki ilə bağlı problemlərdən əziyyət çəkib. Sinif yoldaşları onu təhqir edirdilər, hətta valideynləri onun görünüşü haqqında xoşagəlməz sözlər deyirdi. Bundan bezən qadın COVID-19 pandemiyası başlayanda arıqlamaq qərarına gəlib.
Edgerton fast fooddan imtina edə bilmədiyi üçün onun ekvivalentini evdə bişirməyə qərar verib. Məsələn, o, evdə yağsız ətdən istifadə edərək burger hazırlamağa və yağ əvəzinə yapışmayan sprey ilə qızartmağa başlayıb. Beləliklə, o, McDonald's və KFC restoranlarının menyularından bir çox məşhur yeməklərə evdə hazırlanmış alternativlərini yeməklə 36 kiloqram arıqlayıb.