60 yaşdan yuxarı insanlar düzgün içki seçməklə öz sağlamlığını yaxşılaşdıra bilərlər. Foodinfo.az Rbc.ua- ya istinadən xəbər verir ki, həkimlər sağlamlığı qorumağa kömək edən bir sıra faydalı xüsusiyyətlərə malik yaşıl çay və bitki çaylarına diqqət yetirməyi məsləhət görürlər.
Güclü qara çay kalsiumu bağlayan və onun sorulmasına mane olan taninlərlə zəngindir. Bu, sümük sıxlığının azalmasına və osteoporoz riskinin artmasına səbəb ola bilər.
Şirin çay II tip diabet riskini artırır, artıq çəki artımına səbəb olur və maddələr mübadiləsini pozur. Araşdırmalar göstərib ki, müntəzəm olaraq həddindən artıq isti içkilər içmək yemək borusu xərçənginin inkişaf riskini 90%-ə qədər artırır.