Kifayət qədər su içmək həm baş ağrılarının qarşısını almaqda, həm də yuxu keyfiyyətini artırmaqda mühüm rol oynayır. 

Foodinfo.az xəbər verir ki, baş ağrıları çox vaxt dehidrasiya (bədənin su itirməsi) ilə bağlı olur. Bədən kifayət qədər su almadıqda qan dövranı zəifləyir və beynə gedən oksigen azalır, bu da baş ağrılarına səbəb olur. 

Su içərək bədənin maye balansını qoruyur, baş ağrılarının yaranmasının qarşısını alır və mövcud ağrıları azaldır.

Eyni zamanda, su istehlakı yuxu keyfiyyətinə də müsbət təsir göstərir. Dehidrasiya yuxu zamanı ağzın quruması və burun yollarının daralması kimi problemlərə səbəb olur ki, bu da yuxunun dərinliyini azaldır. 

Gecə boyunca bədənin su ehtiyacının qarşılanması hüceyrələrin bərpasını dəstəkləyir və daha rahat yuxuya səbəb olur. 

Ancaq yatmadan dərhal əvvəl çox miqdarda su içmək sidikqovucu təsir göstərərək yuxunun bölünməsinə səbəb ola bilər. Buna görə suyun gün ərzində müntəzəm olaraq qəbul edilməsi daha yaxşı nəticə verir.

Baş ağrılarından və yuxu problemlərindən qaçmaq üçün gündəlik kifayət qədər su içməyə diqqət yetirmək vacibdir.