“Gazeta.ru” xəbər verir ki, Kaliforniyanın Davis Universitetində kişilər üçün hormonal kontraseptiv gelin sınaqdan keçirilməsinin yeni mərhələsi başlayıb.

Dərmanın çiyinlərə tətbiq edildiyi və qadın kontraseptivləri ilə eyni prinsiplə işlədiyi bildirilir. Beləliklə, kişilər üçün hormonal gel, testosteron səviyyəsinə təsir etmədən sperma istehsalının qarşısını alan progestin ehtiva edir.

Dərmanın istifadəsi ilə bağlı yan təsirlərin siyahısına quru və ya yağlı dəri, artan və ya azalmış libido, saç böyüməsi və ya tökülməsi, həmçinin əhval dəyişikliyi daxildir. Ancaq eksperiment iştirakçılarından biri yalnız çəkidə bir qədər artım və libidonun artdığını qeyd etdi.

Alimlər onu da qeyd ediblər ki, kişinin məhsuldarlığı gel dayandırdıqdan bir neçə ay sonra tam bərpa olunmalıdır.