ABŞ sakini lotereya bileti ilə varlanıb. Bu barədə NC Education Lottery məlumat yayıb.

Şimali Karolina ştatının Stovall şəhərindən olan Brayan Hiksin dediyinə görə, oktyabrın 30-da o, sol qolunun qaşındığını hiss edib. Bu, gözlənilməz qazanc üçün sol əlin qaşındığına işarə olduğunu xatırlayıb. Kişi intuisiyasına arxalanıb və lotereyada şansını sınamaq üçün mağazaya gedib.

Lotereya biletini aldıqdan sonra Hiks qoruyucu təbəqəni silib və 100 min dollar udub.

Hiks aldığı pulu yeni ev almağa sərf etməyi planlaşdırır.