Avstraliyada köpək balığı çimərlik yaxınlığında üzən qadına hücum edib. Foodinfo.az xəbər verir ki, bu barədə The Guardian yazır.

32 yaşlı qadın suda olarkən köpək balığı ona hücum edib. O, başını dişləyib, lakin avstraliyalı qaçmağı bacarıb və sağ qalıb.

Həkimlər qadının aldığı xəsarətləri ağır, lakin həyatı üçün təhlükə yaratmayan kimi qiymətləndiriblər. Ona ilkin tibbi yardım göstərilib, sonra xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra bütün üzgüçülər təxliyə edilib. Polis çimərlik yaxınlığında köpək balığını axtarmağa başlayıb, lakin yırtıcı tapa bilməyib.