Yuxusuzluq bir çox sağlamlıq problemlərinə yol aça bilər. Yetərli yuxu almamaq fiziki və zehni sağlamlığa əhəmiyyətli dərəcədə təsir edir.

Foodinfo.az xəbər verir ki, yuxusuzluq əhval-ruhiyyəni pozur, əsəbilik və depressiyaya səbəb olur. Yuxusuzluq beyindəki kimyəvi balansı təsir edərək stres və narahatlıq hisslərini artırır.

İmmun sistemini zəiflədir, xəstəliklərə qarşı müqaviməti azaldır. Uzun müddətli yuxusuzluq ürək xəstəlikləri, diabet və hipertoniya riskini tətikləyir.

Həmçinin yuxusuzluq konsentrasiya və yaddaşı da pisləşdirir. Zehni fəaliyyətlərin azalması gündəlik fəaliyyətlərin yerinə yetirilməsində çətinliklər yaradır.

Yuxu çatışmazlığı metabolizmi zəiflədir və iştahın artmasına səbəb olur. Bu, çəki artımı və obezite riskini artırır.

Yuxusuzluq reaksiyaların sürətini azaldır və diqqəti cəmləmə qabiliyyətini pisləşdirir. Bu, iş performansına da təsir etmiş olur.

Bu vəziyyətin uzun müddət davam etməsi sağlamlıq problemlərinə və həyat keyfiyyətinin azalmasına səbəb olur. Kifayət qədər və keyfiyyətli yuxu almaq ümumi sağlamlığı qorumaq üçün vacibdir.