
Foodinfo.az-ın xəbərinə görə, tədbirdə Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) prezidenti, "Kulina" jurnalının baş redaktoru Tahir Əmiraslanov, Abşeron Modul Tipli Xəstəxananın rəhbəri, həkim cərrah Oruc Şəfiyev və xəstəxananın həkim heyəti iştirak edib.
Çıxış edən Oruc Şəfiyev Vətən müharibəsində şərəfli fəaliyyəti ilə tarixə düşən Azərbaycan həkimlərinin virusla mübarizə çərçivəsində də əzmlə çalışdığını və bu cəhbədə də qalib gələcəklərinə əmin olduğunu bildirib.
Daha sonra çıxış edən AMKM-nin prezidenti Tahir Əmiraslanov Vətən müharibəsində və virusla mübarizədə göstərdikləri xidmətə görə həkimlərə təşəkkürünü bildirib. O, bu gün keçirilən aksiyanın əsas məqsədinin həkimləri ruhlandırmaq və onların fəaliyyətinə təşəkkür etmək olduğunu bildirib. T.Əmiraslanov 44 günlük Zəfər müharibəsində aşbazların da yaxından iştirak etdiyini və qəhrəman vətən övladlarının xidmətində dayandığını qeyd edib.
Sonda göstərdikləri xidmətə görə bir qrup həkimə AMKM-nin təşəkkürnamələri təqdim olunub.