N-asetiltaurin siçanların iştahını azaltmaqla arıqlamağa kömək edib.
Foodinfo.az-ın məlumatına görə, lent.az xəbər verir ki, “Nature” jurnalında dərc olunan kəşf minimal yan təsirləri olan yeni arıqlama dərmanlarının əsasını təşkil edə bilər.
Amin turşusu olan Taurin molyusklarda, ətdə və enerji içkilərində olur. Taurin əzələlərin, mitoxondrilərin (hüceyrələrdə enerji əmələ gətirir) işləməsi üçün lazımdır və beyindəki xüsusi molekullarla qarşılıqlı əlaqədə olur.
Taurin törəmələri özünəməxsus xüsusiyyətlərə malikdir. Təxminən on il əvvəl alimlər taurinin yeni metaboliti olan N-asetiltaurini kəşf ediblər.
O, qeyri-aktiv əlavə məhsul hesab edilirdi, lakin yeni bir araşdırmada elm adamları onun bədən üçün əhəmiyyətini sübut etdilər.
Alimlər N-asetiltaurinin siçanların çəkisinə təsirini yoxlamaq qərarına gəliblər. Məlum oldu ki, bu taurin törəməsinin qəbul olunması iştahın yatırılmasına və çəki itkisinə səbəb olur. Bununla belə, siçanlar heç bir mühüm əlavə təsirdən əziyyət çəkməyiblər.
Hazırda alimlər N-asetiltaurinin hansı xüsusi funksiyaları yerinə yetirdiyini anlamağa çalışırlar. Sübutlar onun birbaşa beyinə təsir etdiyini göstərir. Alimlərin kəşfi piylənmə ilə mübarizədə istifadə edilə biləcək N-asetiltaurin tərkibli yeni pəhriz əlavələrinin əsasını təşkil edə bilər.