Vyetnamda müqəddəs sayılan sonuncu yumşaq bədənli dişi tısbağa Svaino (Rafetus swinhoei) ölüb. Foodinfo.az xəbəbr verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Aprelin sonunda Hanoyda Dongmo gölündə nadir heyvan cəsədi aşkar edilib. Bu tısbağanın ölümündən sonra dünyada onun yalnız iki qohumu qalıb və onların hər ikisi erkəkdir. Biri Vyetnamdakı Xuan Xan gölündə, ikincisi isə Çinin Suçjou şəhərindəki zooparkda yaşayır. Eyni zamanda, növün qalan iki nümayəndəsindən biri iktidarsızlıqdan əziyyət çəkir.

Asiya tısbağalarının mühafizəsi proqramının direktoru Tim Makkormak “Time” jurnalına müsahibəsində növün sonuncu nümayəndəsinin ölümünü “əsl zərbə” adlandırıb.

Aprel ayında ölən dişi ilk dəfə 2020-ci ildə Dongmo gölündə görüldü və bu, tədqiqatçılara növün yenidən dirçələcəyinə ümid verib.

Əvvəllər Svaino yumşaq gövdəli tısbağalar Şimali Vyetnamda və Çində yaşayırdılar, lakin nəzarətsiz ovlanma və təbii yaşayış yerlərinin azalması səbəbindən növlər nəsli kəsilmək ərəfəsində idi.

Fərid