
Elə bil ki, cavab "göz qabağındadır", amma hər kəs bunu dərhal başa düşmür.
Qırmızı bibər nədən hazırlanır?
Lent.az bu barədə bəzi məlumatları təqdim edir:
Paprika və hisə verilmiş paprika – bütün dünyada geniş istifadə olunur. Elə bil ki, əksər insanlar onun nə olduğunu az-çox bilirlər. Amma internetdə son zamanlar yayılan açıqlamalara baxsaq, vəziyyət heç də belə deyil.
Paprika – hansısa xüsusi bitki deyil, sadəcə qurudulmuş bibərdir. İzah edildiyinə görə, paprika şirin və yumşaq bibərlərin xırdalanması ilə hazırlanır. Daha acı bibər növləri Avropaya Amerika tədqiqatçıları tərəfindən gətirilib. Zaman keçdikcə avropalılar daha yumşaq növləri seçərək, daha şirin dad əldə etməyə nail olublar.
Paprika üçün istifadə olunan bibərlər, şirin və yumşaqlığı baxımından oxşar olsa da və eyni ailəyə aid olsa da, məsələn, ABŞ-da satılan bolqar bibərlərindən daha uzun və nazikdir. Daha acı paprika növləri həm acı çili, həm də şirin bibər növlərini əhatə edir, lakin Macarıstanda – paprikanın milli ədviyyə sayıldığı ölkədə – əsasən şirin bibərdən istifadə olunur. Qısacası, paprikanın ayrıca bir "ağacı" yoxdur – bu sadəcə digər bibər növlərindən hazırlanan adi bir bitkidir