Quru meyvələr — kişmiş, qurudulmuş ərik, xurma və gavalı — tərkibində lif, vitamin və antioksidantlarla zəngin olsa da, istehlak zamanı diqqətli olmaq lazımdır. Foodinfo.az NUR.KZ-ə istinadla bildirir ki, qastroenteroloq Yekaterina Kaşux bunların təhlükələrini açıqlayıb və düzgün seçimin vacibliyini vurğulayıb.
Mütəxəssis qeyd edir ki, quru meyvələrdə şəkər tərkibi təzə meyvələrdən xeyli yüksəkdir: məsələn, 100 q quru üzüm 65 q şəkər ehtiva edir. Bəzi istehsalçılar isə əlavə şəkər və konservantlar — dioksid sulfu (E220) istifadə edirlər ki, bu da həzm problemlərinə və allergik reaksiyalara səbəb ola bilər.
Gündəlik tövsiyə olunan norması təxminən 30 q quru meyvədir — bir ovuc kişmiş və ya 3 xurma. Uşaqlara isə quru meyvə 1–1,5 yaşdan sonra kompot və ya püre şəklində verilməlidir.
Ən vacib göstərici qoxudur. Sağlam quru meyvələr mat və meyvə qoxulu olmalıdır. Foodinfo.az bildirir ki, əgər məhsuldan benzin və ya qaz qoxusu gəlirsə, bu onun keyfiyyətsiz, təhlükəli üsulla qurudulduğunu göstərir və belə quru meyvələr alınmamalıdır.






