SOCAR-ın tabeçiliyində fəaliyyət göstərən “Azərkimya” Dövlət Şirkətinin əməkdaşları öz şəxsi vəsaitləri hesabına aztəminatlı ailələrdən olan uşaqlara Yeni il sevinci yaşadıblar.
Foodinfo.az xəbər verir ki, SOCAR əməkdaşlarının "Qızıl Aypara" cəmiyyəti ilə “Mərhəmətli olmağa tələsin!” şüarı altında keçirdiyi xeyriyyə aksiyası Sumqayıtda başqa müəssisələri də xeyriyyəçiliyə qoşulmağa təşviq edib.
Bu il əldə olunan vəsait hesabına aztəminatlı ailələrdən olan 200 nəfər uşağa isti qış geyimləri alınıb, onlara “Araz” Marketlər Şəbəkəsi tərəfindən hazırlanan 200 ədəd hədiyyə təqdim olunub.
Qeyd edək ki, 7 ildir , SOCAR əməkdaşları "Qızıl Aypara" cəmiyyəti ilə analoji aksiya keçirir.
Foodinfo.az
Son xəbərlər
- HACCP sisteminin tətbiqi qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək
- Diş məcununun bədənə mənfi və müsbət təsiri
- Qəhvənin sağlamlığa faydaları nələrdir?
- Sağlamlıq üçün istehlak edilməli olan tərəvəz və meyvələr
- B12 çatışmazlığına qarşı təbii yollar
- Həkim keyfiyyətli kürü seçməklə bağlı məsləhətlər verdi