“Azərbaycan mütəxəssisləri dünyaca məşhur qənnadı şirkətinin məhsullarını ekspertizadan keçirməyə başlayıblar”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
O bildirib ki, dünyada qənnadı məhsulları istehsalı ilə məşğul olan məşhur “Ferrero rocher” şirkətinin eskpertləri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda xüsusi monitorinqlər həyata keçiriblər: “Belə qənaətə gəliblər ki, bölgədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyaları həm beynəlxalq standartlara, həm təchizatına, həm də işçi potenisialına görə fərqlənir və normalara cavab verir”.
Agentliyin sədri vurğulayıb ki, həmin şirkət rəsmi şəkildə Azərbaycana dövlətinə müraciət edib: “Onlar istəyir ki, bölgədə istehsal etdikləri məhsulların ekspertizası məhz Azərbaycanda keçirilsin. Artıq bir aydır ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutun laboratoriyaları həmin şirkətin Gürcüstanda olan plantasiyalarında istehsal etdikləri məhsulları ekspertizadan keçirir. Bizim mütəxəssislərin yoxlamadam keçirdiyi həmin məhsullar da məhz Avropaya ixrac olunur”.
Qeyd edək ki, “Ferrero rocher” şirkəti “Raffaello”, “Nutella”, “Tic-tac”, “Kinder chocolate”, “Kinder surprise” qənnadı məhsullarının istehsalı ilə məşğuldur. (Report)
Son xəbərlər
- Bu turşu xərçəng riskini azaldır
- “Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
- Həkim qidalanmanın əsas qaydalarını sadaladı
- Mütəxəssis karbohidratlardan qorxmamağı məsləhət görüb
- Üzvi gübrələrin bitkilər üçün hansı faydaları var?
- Maddələr mübadiləsini sürətləndirən ən yaxşı ədviyyatlar