Fındıq dünyada min illər boyunca yetişdirilən kənd təsərrüfatı məhsullarındandır. Qida sənayesindən tutmuş səhiyyəyə qədər müxtəlif məhsulların istehsalında fındıqdan geniş şəkildə istifadə olunur. İstifadə sahələrinin genişliyi fındıqçılıq sektorundan gəlir qazanmağı asanlaşdırır. Beləliklə, faydalılığı ilə yanaşı, iqtisadi cəhətdən də üstünlük qazandırması baxımdan fermerlər fındıq bağlarının salınmasına maraqlıdır. Digər bitkilər kimi fındıq ağacının da özünəməxsus əkin və qulluq qaydaları vardır.

Fındıq ağaclarının əkini

Fındıq ağacını yetişdirmək üçün toxum, kök pöhrələri, ting, calaq və peyvənd olmaqla müxtəlif əkin üsullarına müraciət oluna bilər. Əsasən kök pöhrələri və ya tinglər vasitəsilə əkinə üstünlük verilir. Fındıq tinglərinin əkininə adətən payız mövsümündə, xüsusilə oktyabr və noyabr aylarında başlanılır. Qışı həddindən artıq soyuq keçən bölgələrdə isə əkin işləri mart və aprel aylarında aparılır. Fındıq tinglərinin əkinindən öncə torpaq dərindən işlənir. Bağ sahəsi bitki qalıqlarından və alaq otlarından təmizlənir. Ağacın daha yaxşı inkişaf etməsi üçün torpağa üzvi gübrələr tətbiq olunur. 

Fındıq tinglərinin əkini zamanı 60 sm enində və 60 sm dərinliyində çuxurlar hazırlanır. Tinglər çuxura yerləşdirildikdən sonra üzəri üzvi maddələrlə zənginləşdirilmiş torpaqla örtülür. Daha sonra bol suvarma həyata keçirilir. Tinglər arasında məsafənin 4-6 metr olması məqsədəuyğundur.

Fındıq ağacı hansı torpaqlarda yetişir?

Fındıq ağacı humusla zəngin, gilli, allüvial və keçirici torpaqlarda daha yaxşı yetişir. Torpağın pH səviyyəsinin 6-6,5 aralığında olması məqsədəuyğundur. Fındıq ağacının əkinindən öncə əgər sahədə əvvəllər çoxillik bitkilər yetişdirilibsə, əkindən öncə bu ərazilərdə təmizləmə işləri aparılmalıdır. Fındıq bitkisi rütubətə meyilli olsa da, bağlarda drenaj işlərinin düzgün şəkildə həyata keçirilməsi mütləqdir.

Torpaqda pH səviyyəsi, ölçülməsi və tənzimlənməsi haqqında geniş məlumat əldə edin.

Fındıq ağacı hansı iqlimdə yetişir?

Fındıq ağacı rütubətli və mülayim iqlimdə daha yaxşı yetişir. İllik yağıntı ehtiyacı 750 mm-dir ki, bu yağıntıların aylar üzrə bərabər paylanması vacibdir.

Fındıq bağlarında suvarma

Fındıq bağlarında suvarma işləri ağacın yaşından, torpaq tipindən, bölgənin iqlimindən və digər amillərdən asılı olaraq dəyişir. Fındıq bağlarında tinglərin əkilməsindən sonra köklərin yaxşı inkişaf etməsi üçün ilk bir-iki il ərzində tez-tez suvarılma aparılması tövsiyə olunur. Meyvələrin formalaşması və məhsul yığımı dövründə fındıq ağacının suya tələbatı artır. Yay aylarında fındıq bitkisi həftədə bir dəfə və ya 7-10 gün fasilə ilə suvarılmalıdır. Fındıq ağacının istirahət dövründə su ehtiyacı azalır.

Fındıq bağlarında gübrələmə

Fındıq tinglərinin əkini zamanı torpaq təsərrüfat peyini ilə qarışdırılır. Bu, fındıq bitkisi üçün tətbiq olunan gübrələmə proqramının ilkin mərhələsidir. Daha sonra əkinin birinci ilindən beşinci ilinə qədər hər fidana orta hesabla 40 qram azot gübrəsi verilir. Gübrənin yarısı martın əvvəlində, yarısı mayın sonu iyunun əvvəlində tətbiq olunur. Ümumilikdə fındıq bağlarında gübrələmə proqramı əsasən azot, fosfor və kalium tərkibli gübrələrin istifadəsini əhatələyir. Beləliklə, torpaq analizi aparıldıqdan sonra fındıq ağacının ehtiyacına uyğun gübrə növünün tətbiqi məqsədəuyğundur.

Fındıq ağacları üçün geniş çeşidli gübrələri əldə edin!

Fındıq bağlarında zərərvericilər, xəstəliklər və mübarizə üsulları

Fındıq bağlarına zərər vuran müxtəlif həşəratlar və xəstəliklər mövcuddur ki, qarşısı alınmadıqda məhsuldarlığa və keyfiyyətə mənfi təsir göstərir. Aşağıdakı cədvəllərdə müvafiq zərərvericilər, xəstəliklər və onlara qarşı mübarizə zamanı tətbiq oluncaq dərman tərkibləri ilə tanış ola bilərsiniz.

Fındıq bitkisinin zərərvericiləri və mübarizə forması

Fındıq bağlarında zərərvericilər və xəstəliklərə qarşı pestisidlərdən mütləq istifadə edin!

Fındıq bitkisinin xəstəlikləri və mübarizə forması

Fındıq bağları üçün gübrə və pestisidlərin satışı

Əziz fermerlər, fındıq bağlarında bol və keyfiyyətli məhsul yığımına nail olmaq üçün gübrə çeşidlərini, fındıq ağacını zərərvericilərdən, xəstəliklərdən və alaq otlarından qoruyan pestisidləri ölkəmizdə kənd təsərrüfatı məhsullarının satışı üzrə ixtisaslaşan gubre.az aqrar ticarət şəbəkəsinin müxtəlif bölgələrimizdə yerləşən 200-dən çox satış nöqtəsindən əldə etmək mümkündür. 

Eyni zamanda təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az veb-saytına və sosial media hesablarına (InstagramFacebook,  LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin bitki qoruma və bitki bəsləmə vasitələrini əldə etmək mümkündür.