Payız mövsümünün ən çox sevilən tərəvəzlərindən olan balqabaq, zəngin tərkibi ilə sağlam qidalanmanın ayrılmaz hissəsidir. 

Foodinfo.az xəbər verir ki, bu tərəvəz həm immun sistemini gücləndirir, həm də orqanizmi toksinlərdən təmizləyir.

Balqabağın tərkibində A, C, E, K vitaminləri, həmçinin dəmir, maqnezium, kalium və lif boldur. Xüsusilə A vitamini baxımından zəngin olması göz sağlamlığı üçün çox faydalıdır.

Qidalanma mütəxəssisləri bildirirlər ki, balqabaq:

– Dəriyə və saça parlaqlıq verir

– Həzm sistemini tənzimləyir

– Qan təzyiqini sabitləşdirir

– Ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edir

– Arıqlamaq istəyənlər üçün ideal qidadır, çünki az kalorilidir.

Balqabaq həmçinin antioksidant təsirə malik olduğu üçün bədəni sərbəst radikallardan qoruyur və xərçəng riskini azaldır.

Onu həm bişmiş, həm də şorba və püre formasında istehlak edə bilərsiniz. Balqabaq tumları da E vitamini və sağlam yağlarla zəngin olduğu üçün xüsusilə ürək və dəri sağlamlığı baxımından dəyərlidir.

Balqabaq şirəsi orqanizmdən toksinlərin atılmasına kömək etdiyi üçün detoks içkiləri arasında da məşhurdur.