Axşam saatlarında bəzi qidaların qəbulu yuxu keyfiyyətinə təsir göstərə bilər. Xüsusilə pendir və duzlu süd məhsullarının gec saatlarda yeyilməsi ilə bağlı yeni açıqlamalar maraq doğurub.

Foodinfo.az EatingWell saytına istinadla xəbər verir ki, amerikalı dietoloq Melissa Mitri gecə saatlarında çox miqdarda pendir qəbulunun bəzi insanlarda yuxu pozuntusu yarada biləcəyini bildirib. Onun sözlərinə görə, yağlı və duzlu məhsullar həzmi yavaşlada və orqanizmdə narahatlıq hissi yarada bilər.

Mütəxəssis qeyd edib ki, xüsusilə uzun müddət yetişdirilmiş pendirlərdə tiramin maddəsi daha çox olur. Bu komponent isə bəzi insanlarda beyin aktivliyini artıraraq yuxuya getməyi çətinləşdirə bilər.

Dietoloq axşam saatlarında daha yüngül qidalara üstünlük verilməsini tövsiyə edib. Onun sözlərinə görə, qatıq, banan və ya az miqdarda yulaf kimi məhsullar daha rahat yuxuya kömək edə bilər.