Şəkərsiz qəhvə içmək hər kəsin zövqünə uyğun olmur. Lakin qəhvəni daha dadlı etmək üçün şəkərdən başqa alternativlər də mövcuddur. Bu məhsullar içkinin həm dadını dəyişir, həm də fərqli aromat qazandırır.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, qəhvədə şəkəri əvəz etmək üçün ən məşhur seçimlərdən biri baldır. Təbii şirinləşdirici hesab olunan bal səhər qəhvəsinə əlavə enerji və xoş dad verir.
Darçın da qəhvə ilə yaxşı uyğunlaşır. Bu ədviyyə içkinin dadını yumşaldır və şəkərə ehtiyacı azaldır. Eyni zamanda orqanizmdə şəkər səviyyəsinin tənzimlənməsinə və immun sisteminin dəstəklənməsinə kömək etdiyi bildirilir.
Vanil ekstraktı qəhvəyə xüsusi ətir və fərqli dad qatır. Kakao tozu isə içkinin həm ətrini, həm də dadını zənginləşdirir. Mütəxəssislər kakaonun əhvalı yaxşılaşdırmağa kömək etdiyini də qeyd edirlər.
Digər alternativ isə təbii ağcaqayın şərbətidir. Bu məhsul qəhvəyə yumşaq şirinlik verir və fərqli dad sevənlər üçün maraqlı seçim hesab olunur.






