Mağazadan alınan pelmenilər ən tez hazırlanan yeməklərdən biri hesab olunur. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, çox sadə bir üsulla onların dadını xeyli yaxşılaşdırmaq mümkündür.
Adi qaydada qaynar suya atılıb bişirilən pelmenilərə əlavə edilən bir neçə sadə inqrediyent yeməyin tamamilə fərqli dad almasına səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, bu üsul xüsusilə vaxt az olduqda faydalıdır.
Bişirmə zamanı suya dəfnə yarpağı və yarıya bölünmüş soğan əlavə etmək tövsiyə olunur. Bu əlavələr pelmeniyə daha zəngin aroma və ev yeməyi dadı verir.
Həmçinin suya bir az duz əlavə edilməsi vacibdir. Su qaynamağa başladıqdan sonra az miqdarda yağ əlavə etmək pelmenilərin bir-birinə yapışmasının qarşısını alır.
Mütəxəssislərin sözlərinə görə, dondurulmuş pelmenilər qaynar suya tədricən əlavə olunmalıdır. Onların hamısını birdən tökmək əvəzinə, bir-bir əlavə etmək daha düzgün bişmə nəticəsi verir.
Bu sadə üsul sayəsində hazır pelmenilər belə daha ətirli, yumşaq və iştahaaçan bir yeməyə çevrilə bilər.






