Son illərdə qidalanma ilə bağlı yayılan yanlış fikirlərdən biri də yumurtanın zərərli olması ilə bağlıdır. Halbuki mütəxəssislər bildirir ki, yumurta düzgün miqdarda istifadə edildikdə olduqca faydalı və dəyərli qida mənbəyidir.

Foodinfo.az xəbər verir ki bu, yumurta yüksək keyfiyyətli zülal, vitamin və minerallarla zəngindir. Xüsusilə B qrupu vitaminləri, D vitamini və dəmir tərkibi ilə orqanizmin gündəlik ehtiyaclarının qarşılanmasına kömək edir.

Yumurta beyin inkişafı üçün vacib olan maddələrlə də zəngindir. Bu səbəbdən uşaqların qidalanmasında mühüm yer tutur. Eyni zamanda, uzun müddət toxluq hissi yaradaraq artıq qidalanmanın qarşısını alır.

Bir vaxtlar yumurtanın xolesterolu artırdığı düşünülürdü. Lakin son tədqiqatlar göstərir ki, sağlam insanlarda yumurtanın normada qəbulu ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artırmır.

Bununla yanaşı, mütəxəssislər yumurtanın düzgün bişirilməsinin vacibliyini vurğulayır. Çiy və ya yarımçıq bişmiş yumurtalar bakteriya riski daşıya bilər. Buna görə də tam bişmiş halda qəbul edilməsi tövsiyə olunur.

Qeyd edək ki, yumurta balanslı qidalanmanın vacib hissəsidir və ondan uzaq durmaq əvəzinə düzgün və ölçülü şəkildə istifadə etmək daha faydalı hesab olunur.