Səhərlər həm dadlı, həm də yüngül qida axtaranlar üçün kəsmikli krem sürətli və faydalı seçim sayılır. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, bu resept təbii məhsullarla hazırlanır və əlavə kimyəvi qatqılara ehtiyac olmur.

Kremi hazırlamaq üçün 400 q 9%-li kəsmik 4 xörək qaşığı xama ilə birlikdə blenderdə çalınır. Qarışım tam hamar konsistensiya alınana qədər qarışdırılır və topaqsız kütlə əldə edilir.

Daha sonra qarışdırma davam etdirilərək 3 xörək qaşığı qatılaşdırılmış süd əlavə olunur və krem hazır vəziyyətə gətirilir. Hazır qarışıq kasalara bölünür və üzərinə meyvələr yerləşdirilir.

Servis üçün çiyələk, qaragilə və ya armud kimi mövsümi meyvələr istifadə oluna bilər. Meyvələr limon şirəsi ilə yüngülcə isladılır və istəyə görə şəkər tozu səpilərək dərhal süfrəyə verilir.