Mətbəxdə az ərzaq olduğu halda hazırlana bilən ən praktik yeməklərdən biri kartof draniki hesab olunur. Sadə tərkibi və doyumlu olması səbəbindən bu yemək həm uşaqların, həm də böyüklərin sevimlilərindən biridir.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, bu resept üçün yalnız kartof, soğan, duz və qızartmaq üçün yağ kifayətdir. Dadı daha yaxşı almaq üçün 1 kiloqram kartofa 1-2 ədəd soğan əlavə etmək tövsiyə olunur.
Hazırlanması zamanı kartof xırda sürtgəcdən keçirilir və artıq suyunun çıxması üçün təxminən 5 dəqiqə süzgəcdə saxlanılır. Soğan da eyni qaydada hazırlanır. Daha sonra ərzaqlar duz və istiot əlavə edilərək yaxşı qarışdırılır. Qarışığın çox duru olmamasına diqqət yetirilməlidir.
Hazır kütlə əvvəlcədən qızdırılmış və yağ əlavə olunmuş tavada hər iki tərəfi qızılı rəng alana qədər bişirilir. Dranikləri süfrəyə xama və göyərti ilə təqdim etmək məsləhət görülür.
Nuş olsun!






