Qaynadılmış kartof ən sadə və ən çox hazırlanan qarnirlərdən biri hesab olunur. Lakin bəzən bu yemək dadsız və adi görünə bilər. Mətbəx ustaları isə kartofun dadını daha zəngin etmək üçün sadə üsullardan istifadə etməyi tövsiyə edirlər.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, kartof bişirilən suya əlavə edilən bəzi ərzaqlar yeməyə daha xoş ətir və dad verir. Peşəkar aşpazlar xüsusilə sarımsaq, soğan və şüyüddən istifadə etməyi məsləhət görürlər.

Sarımsaq istifadə ediləcəksə, qaynayan suya 2 diş əlavə etmək kifayətdir. Soğan isə qabığı təmizləndikdən sonra bütöv şəkildə qazana qoyulur. Şüyüd də kartofa xüsusi ətir qazandıran məhsullar arasında göstərilir.

Mütəxəssislər bildirirlər ki, bu əlavələri yalnız su qaynamağa başladıqdan sonra əlavə etmək lazımdır. Belə olduqda ədviyyə və tərəvəzlərin dadı daha tez kartofa keçir və nəticədə qarnir daha ləzzətli alınır.