Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsulları və fitosanitar nəzarətə aid məhsullar üzərində nəzarət tədbirlərini davam etdirir.

“MK Group Agro” MMC tərəfindən İspaniya Krallığından idxal olunan 1,06 kq bibər toxumuna Agentliyin müfəttişləri tərəfindən keçirilmiş baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus)  aşkarlanıb.

Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunub, zərərli orqanizmlə sirayətlənmiş əkin-səpin materialı məhv edilib.