Qida Təhlükəsizliyi Agentliyi bəzi KİV-lərdə yayılan məlumatlarla bağlı KİV nümayəndələrinə müraciət edib.
Foodinfo.az-ın xəbərinə görə, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, bəzi KİV-lərdə həqiqətə uyğun olmayan məlumatlar yayılır: "Məsələn hansısa ekspert qida ilə bağlı açıqlama verir və həmin qidanın insan orqanizmi üçün təhlükəli olduğunu açıqlayır. Xəbər saytlarıda bu məlumatı tirajlayırlar. Lakin məlumatı araşdırdıqda həmin qidanın təhlükəli olmadığını görürsən. Bu səbəbdən media nümayəndələri məlumat verərkən onun əsas mənbəsini tapıb, araşdırıb verməlidir. Çünki media nümayəndələrinin hazırladıqları məlumatlar maariflənmə işinə çox böyük təsir göstərir. Biz əhalini düzgün qida ilə, təhlükəsiz qida ilə bağlı maarifləndirməliyik. KİV nümayəndələrindən də xahiş edirik ki, bunları nəzərə alsınlar"
Kərim/Foodinfo.az
Son xəbərlər
- C vitamini çoxluğu hansı problemlərə yol aça bilər?
- Buğda bitkisi necə yetişdirilir?
- Bu turşu xərçəng riskini azaldır
- “Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
- Həkim qidalanmanın əsas qaydalarını sadaladı
- Mütəxəssis karbohidratlardan qorxmamağı məsləhət görüb