Süd orqanizm üçün vacib qidalarla zəngindir, lakin bəzi hallarda sağlamlıq üçün risklər yarada bilər. Foodinfo.az xəbər verir ki, Rospotrebnadzor mütəxəssisləri bu məhsulu seçərkən nələrə diqqət etməli olduqlarını izah edib.
Südün tərkibində yağ mübadiləsi və amin turşularının udulması üçün lazım olan B12 vitamini var. Sümüklər və dişlər üçün vacib olan kalsium, eləcə də immunitet sistemini gücləndirən maddələr mənbəyidir.
Süd məhsulları alarkən mütəxəssislər istehsal tarixinə, qablaşdırılmasına, dad və qoxusuna diqqət yetirməyi məsləhət görür.