Ananas almaq üçün ən yaxşı vaxt mart və iyul aylarıdır. Bu aylarda ən yüksək keyfiyyətli və şirəli ananasları tapmaq şansınız var.
Foodinfo.az xəbər verir ki, meyvələrin çoxunu kəsmədən iyləyə bilməzsiniz. Ancaq ananasda vəziyyət bir az fərqlidir. Tropik meyvələrdə dilimlənməyə ehtiyac olmadan meyvənin iyini duymaq mümkündür. Beləliklə, burnunuzu ananasın dibinə yaxınlaşdırdığınız zaman onun şirin ətirli qoxusunu hiss edə bilərsiniz, əgər bu qoxunu ala bilmirsinizsə, ananas hələ yetişməyib deməkdir.
Əksər meyvələr kimi ananas da yetişən kimi rəngini yaşıldan sarıya dəyişir. Ananas yetişdikcə kökündən başlayaraq parlaq sarıya çevrilməyə başlayır. Rəng dəyişikliyi yuxarıya doğru irəlilədikcə, ananas daha çox yetişir. Tamamilə yaşıl olan ananaslar yetişməmiş sayılır. Qəhvəyi yarpaqlı ananaslar isə onların artıq yetişdiyinin göstəricisidir.
Yetişməmiş ananasın yarpaqlarını qoparmaq çətindir. Yetişmiş ananasın yarpaqları çəkildikdə asanlıqla qoparılır.
Ananaslar son dərəcə yumşaqdırsa, bu onun xarab olduğunu göstərir. Artıq yetişmiş ananaslar da sirkə və ya spirt kimi qoxu verir. Bunun səbəbi şəkərlərin fermentləşməyə başlamasıdır.