Hər il oktyabrın 16-sı Dünya Qida Günü kimi qeyd edilir.
Bu gün münasibətilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aidiyyəti qurumlarla birgə bir sıra layihə və tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.
Aagentlik vətəndaşların Dünya Qida Günü və qida təhlükəsizliyi anlayışı barədə məlumatlandırılması məqsədilə videoçarx təqdim edib.
Qeyd edək ki, Dünya Qida Günü 1945-ci ilin Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən təsis edilib. Bu gün hər il bir mövzuya hər olunur. Bu ilki Dünya Qida Gününün mövzusu “Sıfır aclıq”dır.
Təşkilatın hesablamalarına görə dünya sakinlərinin səylərini birləşdirərək 2030-cu ilə qədər aclığı tamamilə aradan qaldırmaq olar.
https://www.youtube.com/watch?v=fyHWYRrCtQo