Vitamin mənbəyi olan ispanağın sağlamlıq üçün faydaları saysız-hesabsızdır. Bununla belə, onun bişirməzdən əvvəl təmizləmə prosesi bir o qədər çətin ola bilər. Onun yaxşıca təmizlənməsi üçün çox asan bəzi üsullar var.

Foodinfo.az bu üsulları təqdim edir:

Sodalı su

Hazırlayacağınız ispanağı qumdan, torpaqdan təmizləmək üçün sodalı su üsulundan istifadə edə bilərsiniz. Bu sayədə ispanağı həm daha sürətli, həm də daha təmiz istehlak etmiş olarsınız.

Kökündən kəsib yarpaqlarını ayırdığınız ispanağı sodalı suda təxminən 15 dəqiqə isladın və tərəvəz quruducuya qoyub üzərinə su tökün və yenidən sodalayın. Sonra su ilə yaxşıca yuyun.

Sirkəli su

 İspanağı sirkəli su ilə yumaq, suyda isladıb yumaqdan qat-qat faydalıdır. Bir qaba soyuq su əlavə edin və bir az alma sirkəsi əlavə edin. Sirkə mikrobları öldürmək və təmizləmək üçün əla bir vasitədir. 

Xiyar və ya soğan ilə təmizləmə

İspanaq yarpaqlarını təmizləmək üçün xiyar və ya soğandan istifadə etməyə cəhd edə bilərsiniz. Bu üsul yarpaqları təmizləmək üçün istifadə edilir. Həm də yarpaqlardakı incə tüklərin çıxarılmasını asanlaşdırır.

İspanağı təmizlədikdən sonra qurutma mərhələsini atlamamalısınız. Bakteriya riski baxımından yarpaqları yaş qoymaq düzgün hesab edilmir. Bu səbəbdən qurutma prosesi təmizləmə mərhələsi qədər həssas sayılır.