Son zamanlar sağlam qidalanmaya marağın artması ilə avokado mətbəxlərdə daha çox istifadə olunmağa başlayıb. Lakin bu faydalı meyvə çox vaxt sərt olduğu üçün istifadədə çətinlik yaradır. 

Foodinfo.az avokadonun daha tez yumşalması üçün bir neçə effektiv üsulu təqdim edir:

Ən təbii üsul avokadonu otaq temperaturunda saxlamaqdır. Bu zaman meyvə 1–3 gün ərzində öz-özünə yetişir və istifadəyə hazır hala gəlir. 

Daha sürətli nəticə əldə etmək istəyənlər üçün isə kağız torba üsulu tövsiyə olunur. Belə ki, avokado banan və ya alma ilə birlikdə torbaya qoyulduqda, bu meyvələrin ifraz etdiyi etilen qazı yetişmə prosesini sürətləndirir.

Təcili hallarda soba üsulundan da istifadə etmək mümkündür. Avokadonun folqaya bükülərək aşağı temperaturda qısa müddət saxlanması onun yumşalmasına kömək edir. Bununla belə, mütəxəssislər bu üsulun meyvənin dadında müəyyən dəyişikliklər yarada biləcəyini qeyd edirlər.

Ən son variant kimi mikrodalğadan istifadə olunsa da, bu üsulun avokadonun təbii dad və teksturasına mənfi təsir göstərə biləcəyi vurğulanır.

Ən yaxşı nəticə üçün təbii yetişmə üsullarına üstünlük verilməlidir.