Tərxun həm mətbəxdə istifadə olunan ətirli bitki, həm də sağlamlıq üçün faydalı təbii vasitələrdən biri hesab olunur. Bu bitki orqanizmə bir çox müsbət təsir göstərir.

Foodinfo.az xəbər verir ki, tərxunun əsas faydalarından biri həzmi yaxşılaşdırmasıdır. O, iştahanı artırmağa kömək edir və mədə-bağırsaq sisteminin fəaliyyətini dəstəkləyir.

Bu bitki yüngül sakitləşdirici təsirə malikdir. Tərxun çayı əsəb gərginliyini azaltmağa və yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edir.

Eyni zamanda antibakterial xüsusiyyətləri ilə seçilir. Bu xüsusiyyət sayəsində orqanizmin infeksiyalara qarşı müqavimətini artırmağa dəstək verir.

Bəzi araşdırmalara görə, tərxun qan şəkərinin tənzimlənməsinə də kömək edir və insulin həssaslığını yaxşılaşdırmağa təsir göstərir.

Tərkibində olan vitamin və minerallar isə immun sistemini gücləndirir və ümumi sağlamlığı dəstəkləyir.

Sonda qeyd edək ki, tərxun faydalı olsa da, həddindən artıq istifadədən çəkinmək lazımdır. Xüsusilə xroniki xəstəlikləri olanlar və hamilə qadınlar istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.