Su içməyin arıqlamağa təsiri ilə bağlı müxtəlif fikirlər mövcuddur. Alimlər bu məsələyə aydınlıq gətiriblər.
Foodinfo.az WebMD saytına istinadla xəbər verir ki, kifayət qədər su qəbul edən insanlarda maddələr mübadiləsinin daha aktiv işlədiyi müşahidə olunur. Bu da kalori yandırılmasını müəyyən qədər artırır.
Bundan əlavə, su yeməkdən əvvəl içildikdə toxluq hissini artırır və daha az qida qəbul etməyə kömək edir. Bu xüsusilə arıqlamaq istəyənlər üçün faydalıdır.
Mütəxəssislər qeyd edir ki, su möcüzəvi arıqlama vasitəsi olmasa da, düzgün qidalanma və aktiv həyat tərzi ilə birlikdə effektiv nəticə verə bilər.






