Beynəlxalq Kulinariya Günü münasibəti ilə Bakıda “Sheraton Baku Airport Hotel”də ikinci çay festifalı keçirilib.
Foodinfo.az xəbər verir ki, festivalda Hindistan, Çin, Yaponiya, Özbəkistan, Türkiyə və Rusiya şirkətlərinin çay məhsulları sərgilənib.
Festivalda Azərbaycanda fəaliyət göstərən diplomatik nümayəndəliklər tərəfindən hər ölkənin ənənələrinə uyğun çay süfrəsi nümayiş olunub.Tədbirdə iştirak edən qonaqlara Azərbaycan istehsalı olan zəfəranlı çay təqdim olunub.
ASK-nın Dövlət orqanları, sahibkarlar və nümayəndəliklərlə iş şöbəsinin baş mütəxəssisi Fərhad Odmanov tədbirdə çıxış edərək Azərbaycan Milli Kulinariya Assosiasiyasın gələcək işlərində uğurlar arzu edib.
Tədbirdə həmçinin ictimai, siyasi xadimlər, nazirliklərin və dövlət qurumlarının nümayəndələri, diplomatik nümayəndəliklər iştirak ediblər.