Yoxsulluğun ən yüksək həddə olduğu ölkə Bolqarıstan, ən aşağı həddə olduğu ölkə isə Çexiyadır.
Avropa Statistika Komitəsinin (Eurostat) yaydığı məlumata görə, Avropa Birliyinə (AB) üzv ölkələrin vətəndaşlarının 22,5%-i yoxsulluqdan əziyyət çəkir. Bu göstəricinin 23,3%-ni qadınlar, 21,6%-ni isə kişilər təşkil edir.
Hesablamalara görə, Bolqarıstanın 38,9%-ni, Rumıniyanın 35,7%-ni, Yunanıstanın isə 34,8%-ni yoxsul əhali təşkil edir. Yoxsulluğun ən aşağı olduğu ölkələr sırasında isə 12,2% ilə Çexiya, 15,7% ilə Finlandiya, 16,3% ilə isə Slovakiya yer alır. (Kommersant)