Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, çörək zavoduna məxsus "VAZ-2104" markalı avtomobillə "VAZ-2107" markalı avtomobil toqquşub. Zərbənin gücündən çörək maşını aşıb. Nəticədə hər iki avtomobilin sürücüsü və 1 nəfər sərnişin müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan "VAZ-2107" markalı avtomobilin sürücüsünün vəziyyətinin ağır olduğu bildirilir. Hazırda hər üç şəxsin kimliyi və qəzanın səbəbləri araşdırılır. (Report)