Foodinfo.azDünyanın xilası üçün daha çox bitkilərlə qidalanın!
Dünyanın xilası üçün daha çox bitkilərlə qidalanın!
15 Oktyabr, 13:27
Əgər dünya iqlim dəyişikliyi, su çatışmazlığı və ətraf mühitin çirklənməsiylə ilə mübarizəyə hazırlaşırsa, o zaman insanların "fleksitarian" pəhrizinə keçməsi lazımdır, alimlər belə hesab edirlər.
Bu pəhriz, əsasən, bitkilərdən təşkil olunub və 2050-ci ilə gedən davamlı ekoloji yolda əsas elementdir.
Alimlər hesab edirlər ki, bununla yanaşı qida tullantılarının həcmini iki dəfə azaltmaq və kənd təsərrüfatı məhsuldarlığını əhəmiyyətli dərəcədə artırmaq lazımdır. Qida istehsalının və istehlakının planetə necə təsir etməsi barədə araşdırma iqlim dəyişikliyi üzrə hökumətlərarası ekspert qrupunun mühüm hesabatından sonra çıxıb.
Həyatınızı yaxşılaşdırmağın doqquz sadə yolu
Pəhriz saxlayanların diqqət etməli olduğu məsələ: Bu, ömrünüzü azalda bilər
Qida sənayesi iqlim dəyişikliyinə əhəmiyyətli dərəcədə təsir göstərir. Müəlliflərin qənaətinə görə, ilk növbədə azot və fosfordan hədsiz istifadə şirin su ehtiyatını tükədir və ətraf mühiti çirkləndirir. Bu təsir getdikcə artır.
Alimlərin hesablamalarına görə, planet əhalisinin 2010 və 2050-ci illər arasındakı gəlirlərin artımına görə bu təsir 50-90% təşkil edə bilər. Bu isə Yerin imkanlarını istismar etmək üçün kifayətdir.
Lakin təhlükənin qarşısını almaq üçün sistemli yanaşma lazımdır. Alimlərin iddialarına görə, bir qərar yetərli olmayacaq. Müəlliflər iqlim dəyişikliyi nöqteyi-nəzərindən "fleksitarian pəhrizi"nin imkanlarını qiymətləndiriblər.
"Bir sıra sağlam pəhrizlər var, amma sonuncu elmi məlumatlara əsasən, onların hamısında ümumi olan şey bitki qidasının üstünlük təşkil etməsidir", Oxford universitetinin həkimi Marko Springmann deyir.
"Siz kiçik miqdarda heyvan məhsulları ilə pəhrizə başlaya bilərsiniz. Kimsə bunu Aralıq dənizi pəhrizi adlandırır, biz isə onu fleksitarian pəhrizi adlandırırıq.
Daha sonra pesketarian (vegetarian pəhrizinə dəniz məhsulları əlavə edilir), vegetarian və veqan pəhrizlərinə keçmək olar. Biz ən mühafizəkar variantı saxlamağa cəhd etmişik, hətta bu variant belə həftədə yalnız bir pay qırmızı ət qəbulunu ehtimal edir", deyə Springmann qeyd edir.
Əgər dünya bu pəhrizi saxlasaydı, kənd təsərrüfatından gələn istixana qazı emissiyaları iki dəfədən artıq azalardı. Lakin pəhrizin dəyişməsiylə yanaşı, kənd təsərrüfatı üsullarını da dəyişdirmək lazımdır - mövcud əkin sahələrinin məhsuldarlığını artırmaq, su ehtiyatlarından rasional istifadə, gübrə istifadəsini minimuma endirmək və onları təkrar emalda tətbiq etmək.
"Biz sağlamlıq üçün ən faydalı olan meyvə, tərəvəz və paxlalı bitkilərin məhsuldarlığının yaxşılaşdırılmasını nəzərdən keçirdik. Daha əvəllər qarğıdalı kimi məhsullara çoxlu sərmayə qoyulmuşdu, lakin indi bizə lazım olan istiqamətdə hərəkət etmək lazımdır.
Biz həmçinin sudan istifadənin effektivliyinin yüksəlməsinə və gübrələrin utilizasiyasına diqqət yetirdik. Onlardan çoxu okeanlarda "ölü zona" yaradaraq çaya axıdılır", deyə Springmann bildirib.
Tədqiqatçılar həmçinin hesablayıblar ki, əgər istifadə olunmayan qida miqdarını iki dəfə azaltsaq, o zaman kənd təsərrüfatının ətraf mühitə təsiri 16 faiz azalacaq.
"Qida zəncirindəki bütün sahələrdə qida tullantılarını azaltmaq lazımdır: tullantılarsız təchizat konsepsiyasını inkişaf etdirmək üçün saxlanmadan, daşınmadan, qablaşdırmadan və etiketlənmədən tutmuş qanunvericilikdə və biznesdəki dəyişikliklərə qədər", araşdırmanı maliyyələşdirən EAT şirkətinin elmi direktoru Fabrice DeClerk deyir.
Əsas məsələ bu qərarların kompleks şəkildə tətbiq edilməsidir
"10 milyard insanı bəsləmək mümkündür, yalnız biz qida istehlakı və istehsalı tərzini dəyişsək. Hər şey birlikdə planetə və insanlara sağlam qalmağa imkan yaradacaq", tədqiqat müəlliflərindən biri, bir qədər əvvəl Potsdam Universitetinin iqlim dəyişiklikləri üzrə direktoru təyin edilmiş Yohan Rockstrem hesab edir. (BBC)