Gavalı qurusu seçərkən görünüşünə fikir vermək lazımdır.

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Yekaterina Qriqoroviç danışıb.

Onun sözlərinə görə, normalda məhsul qara rəngdə və bir qədər parlaq səthə malik olmalıdır:

"Keyfiyyətli gavalı qurusu xoşagəlməz görünüşə malikdir - büzüşmüş və tünd rəngdədir. Qəhvəyi rəng quru meyvələrin qaynar su ilə emal olunduğunu göstərir. Çox parlaqlıq isə yağ və ya qliserinlə emalın nəticəsidir”.

Dietoloq onu da əlavə edib ki, məhsulda çürük izi olmamalı, kif və benzin qoxusu gəlməməlidir. 

Qriqoroviç həmçinin tayacıqlı gavalı seçməyi tövsiyə edir, çünki tərkibində qida maddələri daha çox olur.

Bundan əlavə, onun sözlərinə görə, qablaşdırılmış quru meyvə alarkən şəkərin əlavə edilib-edilmədiyini öyrənmək üçün etiketi diqqətlə oxumaq və son istifadə tarixini də yoxlamaq məsləhətdir.