Bir çoxları yeməklərini duzlu xiyarla yeməyi sevirlər. Bəs bunun orqanizmə faydası və ya zərəri varmı?

Foodinfo.az oxuculara bu sualın cavabını təqdim edir.

Belə ki, duzlu xiyarın 1/4 hissəsində cəmi 5 kkal var və demək olar ki, vitamin heç yoxdur (yalnız K ivitamini). Bütöv belə xiyarın tərkibində isə A, C vitamini, kalium, kalsium var.

Qeyd etmək lazımdır ki, duzlu xiyarda natrium miqdarı da çoxdur.

Xiyar turşusu hazırlamağın bir yolu fermentasiyadır. Nəticədə məhsulda faydalı bakteriyalar da olacaq. Məsələn, faydalı probiotik olan Lactobacillus. Lakin mağazalarda satılan xiyarların əksəriyyəti fermentasiya olunmayıb.

Araşdırmalardan biri göstərir ki, duzlu xiyar kiçik dozalarda qanda elektrolit səviyyəsini artırmır, tərlə itirilən natrium miqdarını da əvəz edə bilməz. Sirkə turşusu sayəsində isə duzlu xiyar həmçinin mədənin boşalmasının qarşısını alır.

Bununla yanaşı, digər araşdırma nəticəsində məlum olub ki, duzlu xiyar susuzluğu olan insanlarda elektrik stimullaşdırılma nəticəsində yaranan qıcolmaların qarşısını alır.