"Hamiləlik dövründə ana və körpə sağlamlığı üçün dəmir vacib rol oynayır.Doşuş zamanı itirilən qanla birlikdə dəmir çox itirilir. Sağlam böyümək və immunitet üçün dəmir vacib mineraldır.Qanda dəmir yüksək miqdarda olur.Qırmızı qan hüceyrələri oksigeni orqanizmə daşıyır".
Foodinfo.az xəbər verir ki, bu fikiləri dietoloq Günel Nuruşova bildirib.
Onun sözlərinə görə, hamiləlik dövründə körpəyə və döl kisəsinə dəmir depolanır.Doğru qidalanan qadınlarda dəmir lazımi qədər olur,lakin hamiləlikdə tələbat artır. Bağırsaq qurdları,gizli qanaxma,qansızma,yaralar,idmanla həddindən çox məşğul olmaq da dəmir itirilməsinə səbəb olur.
Günlük qidalanmada dəmir qəbulunu artırmaq üçün diqqət edilməsi lazım olan nöqtələr var.Çay,qəhvə,kola kimi kofeinli içkilər dəmir sorulmasını azaldır.Dəmiri tərəvəz və meyvə ilə birlikdə qəbul edin.
Dəmir azlığının əsas əlamətləri:
Saç tökülmə,dırnaq qırılması,halsızlıq,baş ağrısı,təngnəfəslik,tez yorulma,dil məməciklərində hamarlaşma,ağız bucaqlarında yaralar və s. Dəmir əksikliyi problem olduğu kimi,artıqlığı da orqanizmdə kanserogen hüceyrələrin oyanmasına səbəb olur.Dəmir istifadəsi həkim kontrolunda olmalıdır.Səbəb tapılmadan necə gəldi dəmir qəbul etmək,vitamin qəbulu,qan köçürmə və s diaqnozun qoyulmasını gecikdirə bilər.
Qida olaraq ən yaxşı dəmir qaynaqları yumurta,ət və ət məhsulları,balıq,qaraciyər,yaşıl yarpaqlı tərəvəzlər,paxlalılar və tam taxıllardır.Ara yeməklərdə quru meyvələr uyğundur.Yeməklərin yanında nanə,cəfəri,C vitaminli qidaların qəbulu faydalı olacaqdır.
Hamilələr üçün nümunə menyu:
Əgər dəmir əksikliyi diaqnozu qoyulubsa səhər dəmir qəbulundan iki saaat sonra səhər yeməyində itburnu çayı için. Ən az iki dilim pendir yeyilməlidir.Kolbasa,sosiska kimi qidalar məsləhət deyil.
Ara yeməkdə 10 ədəd fındıq,badam,qoz yeyilə bilər.
Günorta və axşam ət yeməyi yeyiləcəksə digər yeməkdə tərəvəz yeyilsin.Qatıq,ayran,doğramac ana yeməklərdə yeyilə bilər.Süd də içilə bilər.
Gündə 2-3 pors tərəvəz,3-4 pors meyvə yeyilməlidir.
Lif normadan artıq qəbul olunsa dəmir və vitaminlərin sorulmasını azaldacaq.
Doğru qidalanma bütün vitaminlərdə olduğu kimi ,dəmir ehtiyacını qarşılamaq baxımından da olduqca vacibdir.