Ləvəngi Azərbaycanın ən sevilən milli yeməklərindən biridir. Adətən toyuq, balıq (xüsusilə kütüm) və ya badımcan içliklə doldurularaq sobada bişirilir. Ləvənginin əsas sirri isə doğma dad verən qoz-fındıqlı, soğanlı içliyindədir.
Foodinfo.az ənənəvi toyuq ləvəngisinin hazırlanma qaydasını təqdim edirəm:
Lazım olan ərzaqlar:
– 1 ədəd orta ölçülü toyuq
– 2-3 ədəd iri baş soğan
– 1 stəkan döyülmüş qoz ləpəsi
– 2-3 xörək qaşığı nar şərbəti
– 1 xörək qaşığı alça turşusu və ya gavalı turşusu (istəyə görə)
– Duz, istiot, zəfəran və ya qırmızı toz bibər (zövqə görə)
– 1-2 xörək qaşığı duru yağ
Hazırlanma qaydası:
1. İç və çöl hissəsini yuyub qurulayın, zövqə görə bir az istiot vurun.
2. Soğanları xırda doğrayın və tavada azacıq yağda qovurun. Üzərinə döyülmüş qoz ləpəsini əlavə edin. Nar şərbətini, turşunu, duz və istiotu da qarışığa qatın. 5-7 dəqiqə birlikdə qovurun, sonra soyumağa qoyun.
3. Hazırlanmış içliyi toyuğun içinə yığın, açılmaması üçün tikişlə bağlayın və ya diş çöpü ilə bərkidin.
4. Toyuğu soba qabına yerləşdirin, üzərinə az miqdarda yağ çəkin. 180°C-də təxminən 1–1,5 saat bişirin. Arada yağlı suyu ilə üstünü isladın ki, qızarsın və qurumasın.
Ləvəngi adətən plov, təzə göyərti və turşularla birlikdə süfrəyə verilir.






