Pomidor turşusunu hazırlayarkən həm tam yetişmiş, həm də kal pomidorlardan istifadə etmək olar. Göy pomidorun tərkibində şəkər az olduğundan turşuluğu da aşağı olur.
Pomidorun tərkibi insan orqanizmi üçün faydalı olan likopin antioksidantı ilə zəngindir. Tutma pomidor mədəaltı vəzidə problemləri olan insanlara məsləhət görülür.
Bu məhsulun ürəyin fəaliyyətinə də xeyirli olduğu bildirilir. Tutma pomidoru 0 - 2 temperaturda saxlamaq lazımdır. Bağırsaq keçirilməzdiyindən əziyyət çəkən insanlar da pomidor tutmasından istifadə edə bilərlər.